Türkiyədə küçənin ortasında dəhşətli hadisə baş verib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib.
Belə ki, bir-birinə yol verməyən sürücülər yolun ortasında mübahisə edib. Mübahisə zamanı sürücüsülərdən biri digərinə hücum edən zaman digər avtomobil sürücüsü baqajdan silah çıxararaq həmin şəxsə atəş açıb. Bunun üzərinə cipin sürücüsü maşınına minərək qaçıb.
Həmin anlar mobil telefon kamerası ilə lentə alınıb. Sürücüyə atəş açan 3 şübhəli saxlanılıb.
Medianews.az