Antalyada 3 mərtəbəli binanın eyvanına çıxan şəxs intihara xəhd edib.
Medianews.az xəbər verir ki, bir neçə saat sonra həmin şəxs intihar fikrindən daşınıb.
Bir müddət eyvanda qaldıqdan sonra halsızlaşan şəxs polis qruplarından su istəyib. Bunun üzərinə su götürərək yuxarı çıxan polislər həmin şəxslə daha yaxından əlaqə saxlayıb və 2 saat yarımdan sonra onu razı salıblar. Müayinədə həmin şəxsin hadisədən 1 saat əvvəl də başqa binaya getdiyi və eyni şəkildə davrandığı öyrənilib.
Onun intihar fikrindən daşınma səbəbi isə marağa səbəb olub.
Belə ki, intiar edən şəxs aşağıdan dondurma yeyərək onu izləyənlərə “Ölmədim deyə narahatsınız, eləmi ? Sizin acığınıza özümü atmayacam” deyərək intihar etməyib.
İntihar etməyə cəhd edən şəxsin ailəsi ilə yaşadığı problemlər səbəbindən psixoloji depressiyaya düşdüyü bildirilib.
Medianews.az