ABŞ-ın Florida ştatında İan qasırğası daşqınlara və dağıntılara səbəb olub.
Medianews.az xəbər verir ki, ABŞ-ın Florida ştatına 4-cü kateqoriya səviyyəsində çatan İan qasırğası ilk gündə sel və dağıntılara səbəb olub, təxminən 1 milyon insan işıqsız qalıb.
Ştatı viran qoyan qasırğa haqqında canlı yayımda son məlumatları təqdim edən müxbirin küləyin gücü ilə yerə yıxılaraq danışmaqda çətinlik çəkdiyi anları əks etdirən video sosial mediada gündəm olub.
Qeyd edək ki, Florida ştatının Fort Mayer şəhərinə çatan qasırğa səbəbiylə bir neçə saat ərzində küçələri, binaların birinci mərtəbələrini və dayanacaqları su basıb.
İanın ən yüksək sürətli qasırğa olduğu təsbit edən meteoroloqlar Fort Mayerdə su səviyyəsinin ölçmələrə başlanıldığını və 1965-ci ildən bəri ilk dəfə ən yüksək səviyyədə olduğunu qeyd ediblər.
“American Airlines” ştatın əksər bölgələrində həyatı iflic edən qasırğa səbəbiylə Şimali Karolina, Cənubi Karolina və Corciya kimi Floridaya yaxın əyalətlərə uçuşlarda sərnişinlərə pulsuz tarix dəyişdirmə xidmətləri təqdim edəcəyini açıqlayıb. ABŞ aviaşirkəti qasırğanın ilk günündə 600-ə yaxın reysi ləğv etməli olub.
Medianews.az