Bakıda küçədə yatan, daha sonra hüquq-mühafizə orqanları tərəfindən tapılan uşaqlarla bağlı müvafiq tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, polis tərəfindən aşkarlanaraq saxlanılan azyaşlılarla bağlı iş aparılır: “Hər iki uşağın ailəsi dilənçilik və tüfeyli həyat tərzi sürür. Yevlax rayonunda qeydiyyatda olan ailələr məşğulluq və sosial yardım proqramlarından imtina ediblər. Hazırda həmin uşaqların valideynləri müəyyən olunub. Onlarla bağlı dəfələrlə müvafiq tədbirlərin həyata keçirilməsinə baxmayaraq həmin valideynlər bundan nəticə çıxarmayıblar”.