Yunanıstanın Egey adalarına ABŞ mənşəli zirehli maşınları qeyri-qanuni şəkildə aparmasına səssiz qalan ABŞ Türkiyənin reaksiyasına cavab verib.
Medianews.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ABŞ-ın maraqları əsasdır.
Yunanıstan tərəfindən Qeyri-Hərbi Statuslu (GAS) adalara ABŞ mənşəli silahların çıxarılması ilə bağlı Türkiyənin ABŞ-a etirazından sonra danışan Prays Yunanıstan və Türkiyənin silahlardan istifadə şərtlərinə ikili standartlar tətbiq etdiklərini etiraf edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ABŞ-ın maraqları Yunanıstanın beynəlxalq müqavilələri pozaraq Egey adalarına gətirdiyi ABŞ mənşəli zirehli texnikanın istifadə şərtlərinə əsaslanır.
İki ölkəni fikir ayrılıqlarını diplomatik yollarla həll etməyə çağıran Prays, ölkələrin bir-birinin sərhədlərinə hörmət etmələri lazım olduğuna diqqət çəkərək, bölgədə gərginliyi artıracaq bəyanat və hərəkətlərdən uzaq durmalı olduqlarını bildirib.
Medianews.az