“Tesla” və “SpaceX”in qurucusu İlon Mask bu il ilk dəfə sərvətini 60 milyard dollardan çox artıraraq “Forbes 400” reytinqində birinci yeri tutub.
Reytinqdə “Amazon”un səhmlərində 27% itki ilə üzləşən Ceff Bezos ikinci yerdə, proqram tərtibatçısı və investor iş adamı Bill Qeyts isə üçüncü yerdə qərarlaşıb.
Qeyd edilib ki, ABŞ-ın ən zəngin iş adamları siyahısında ilk 20 nəfərin sərvəti 1,6 trilyon dollar dəyərindədir və bu “Forbes 400″dəki ümumi sərvətin 40%-i qədərdir.
“Facebook”un qurucusu Mark Zukerberq isə ötən il 3-cü yerdə olduğu siyahıda, bu il 11-ci yerə enərək ilk 10-luğa daxil ola bilməyib.
2021-ci ilin sentyabrından bu yana sərvətinin yarısından çoxunu (76,8 milyard dollar) itirən Zukerberq “Forbes” jurnalının son bir ildə ən çox pul itirən 400 ən varlı adamı arasında birinci yerdə qərarlaşıb.
Məlumata görə, bu il “Forbes 400″ün cəmi aktivləri ötən ilə görə 500 milyard dollar və ya 11% azalaraq 4 trilyon dollara enib. Azalmanın səbəbi isə yüksək inflyasiya və birjadakı enişlər olub. (Margin.az)