Havaların soyuması ilə yanaşı qrip xəstəliyi sürətlə yayılmağa başlayır. Havaların bu cür kəskin dəyişməsi insanların sağlamlığına böyük təsir göstərir. Artıq qrip və digər virus infeksiyalarından şikayət etməyə başlayanların sayı artır.Mütəxəssislər hər zaman açıqlamalarında uşaqların, qocaların, xroniki xəstəlikləri olanların fəsil dəyişkənliyi zaman daha ehtiyatlı davranmalı olduqlarını bildirirlər.
Mövzu ilə bağlı həkim reanimatoloq-anestezioloq Şahin Məmmədov bu mövsümdə virusdan və qoyuqdəymədən xilas yollarını açıqladı:
1. Bol maye için. Suya limon qatın ki, çoxlu içə biləsiniz. Burnunuz tutulursa mayeni daha da artırın. Mayeni artırdız, amma yenə burun tutulursa demək kifayət qədər maye içməmisiniz, bir az da artırın ki, burundakı möhtəviyyat durulaşsın və onu uda biləsiniz.
2. Burun tənəffüsünü bərpa edən dekongentsantlardan yalnız məcburiyyət halında, təcili hallarda istifadə etmək olar, amma o damcıların çox istifadəsi bilin ki, sağalmanı gecikdirəcək. Əvəzinə duzlu su, ya dəniz suyu burun damcılarından istifadə edə bilərsiniz. Bu elə də vacib deyil.
3. Boğaz ağrısı varsa hələ ki, “ibuprofen” aspirin ya paracetamolla ağrını kəsin.
4. Toyuq supu, banan, əks göstəriş yoxdursa bal, limon, doşab, zoğal, moruq mürəbbəsi yaxşıdır.
5. Kalorisi yüksək qidalar (şiriniyyatı nəzərdə tutmuram) yeyin. Məsələn düyü, əriştə, xəngəl, düşpərə, meyvələr və s. Kökələcəyinizdən narahat olmayın. Sizin immun sisteminizə bol enerji lazımdır, əgər lazımı kalori alınmazsa sağalma gecikəcək.
6. Enerji demişkən idmana qətiyyən getmək olmaz. Həm virusu orda yayarsınız, həm də enerji itkisi yolverilməzdir. Sizə istirahət lazımdır, amma əlbəttə bütün günü uzanmağı nəzərdə tutmuram. Yüngül gəzinti yaxşı olar.
7. Enerji içkiləri, kofe, alkoqollu içkilər , şiriniyyat olmaz. Bunlar sidikqovucudur, suyu bədəninizdə azaldacaq.
Medianews.az