MİDA-nın təxirə salınmış mənzil seçimi prosesi bu gün yenidən keçiriləcək.
Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin güzəştlə satışı prosesi elektron qaydada keçiriləcək. Satış prosesinin saat 15:00-da başlaması nəzərdə tutulub.
Qeyd edək ki, daha öncəyə planlaşdırılan satış prosesi baş tutmamışdı. Belə ki, satış başlamamışdan öncə ictimai əhəmiyyətli infrastruktur obyektləri olan dövlət orqanlarının informasiya sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkar edilib.
Həmin vaxt bildirilib ki, güzəştli şərtlərlə mənzil seçimi prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq mənzil satışının vaxtı təxirə salınıb.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılmış ilkin araşdırmalar zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə ölkə hüdudlarından xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan istifadə edilməklə iri həcmli kiberhücumun olduğu aşkar edilib.
MİDA-nın təxirə salınmış mənzil seçimi prosesi start götürüb.
Sistem saat 15:00-da aktiv edilib və satış prosesi başlayıb.
Artıq ilk, mənzillər satılıb.