İstanbulda universitetin çıxışında yolu keçmək istəyən iki tələbəni yüksək sürətlə hərəkət edən avtomobil vurub.
Medianews.az xəbər verir ki, maşının zərbəsi nəticəsində ağır yaralanan gənc qızlar dərhal xəstəxanaya aparılıb.
Sözügedən hadisənin görüntüləri ortaya çıxıb.
Qəzada iki tələbənin yaralandığı hadisədə sürücü xəsarət almadan sağ çıxıb. Hadisə yerinə təcili yardım və polis qrupları sövq edilib. Sağlamlıq qrupları yaralı tələbələrə ilkin tibbi yardımdan sonra xəstəxanaya aparıblar. Həyati təhlükəsi olmayan və universitet tələbəsi olduğu öyrənilən iki gənc qızın xəstəxanada müalicəsi davam edir.
Polis qrupları isə qəzadan sonra sürücünü ifadəsi üçün polis bölməsinə aparıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Digər tərəfdən qəza anı təhlükəsizlik kamerasına əks olunub. Qəzada piyada yolu ilə keçmək istəyən iki qızı sürətlə gələn avtomobilin vurduğu görünür.
Medianews.az