İstanbulda səhər saatlarında baş verən hadisə insanları dəhşətə gətirib.
Medianews.az xəbər verir ki, tıxacda irəliləyən motosiklet onu sıxışdıran avtomobilin sahibinə xəbərdarlıq edib.
Motosikletçinin xəbərdarlığından qəzəblənən şəxs avtomobilindən düşərək motosiklet sürən şəxsə bıçaqla hücum edib. Anasının ona mane olmaq cəhdinə əhəmiyyət verməyən şəxs motosiklet sürüüsünü 7 yerindən bıçaqlayıb. Müdaxilə etməyə çalışan ananın səyləri və motosiklet sürücüsünün bıçaqlandığı anlar anbaan kaskadakı kameraya əks olunub.
7 yerindən bıçaqlanan Berk D. təcili yardımla xəstəxanaya aparılarkən, bıçaqlı təcavüzkar polis qrupları tərəfindən saxlanılıb. Təcavüzkarın sərbəst buraxıldığı, yaralının həyati təhlükəsinin olmadığı öyrənilib.