Fransız astroloq Nostradamusun 1555-ci ildə nəşr olunan “Les Propheties” kitabı, Rusiya-Ukrayna müharibəsi və Kraliça II. Elizabetin ölümünü proqnozlaşdırdıqdan sonra yenidən gündəmə gəlib.
Medianews.az xəbər verir ki, 2022-ci ilin sonuna aylar qalsa da, Nostradamusun bu il üçün verdiyi proqnozlar yenidən danışılmağa başlanıb.
Dünyaca məşhur kahin 2022-ci ildə Üçüncü Dünya Müharibəsini vurğulayıb.
1503-cü ildə dünyaya gələn fransız münəccim 1555-ci ildə bəşəriyyətin gələcəyi ilə bağlı proqnozlarını yazdığı şeiri ilə yüz illər boyu şöhrət qazanmışdı. Londonda baş verən böyük yanğın, Adolf Hitlerin gəlişi və Con Kennedinin öldürülməsini bilməsi ilə məşhur olan görücü Nostradamusun 2022-ci il proqnozları, Kraliça II Yelizavetanın ölümü ilə yenidən gündəmə gəlib.
Məşhur görücünün 2022-ci il üçün proqnozları iqlim böhranı, müharibə, dünyaca məşhur liderin ölümü və qida böhranını əhatə edir.
Nostradamusun ən diqqətçəkən proqnozu, Üçüncü Dünya Müharibəsi ilə bağlıdır. Ukraynadakı müharibə Nostradamusun 2022-ci ilin sonuna qədər baş verəcəyini proqnozlaşdırdığı yeganə münaqişə deyil.
Məşhur kahin 2022-ci ilin sonuna qədər Fransanın işğalı ilə bağlı proqnoz verib. Nostradamusun bu proqnozu Üçüncü Dünya Müharibəsi kimi şərh edilib.
Medianews.az