İstanbulda Okmeydanı günorta çağı döyüş meydanına çevrilib.
Medianews.az xəbər verir ki, kimlikləri hələlik müəyyən edilməyən bir qrup şəxslər arasında başlayan mübahisə silahlı döyüşə çevrilib.
Tərəflər küçənin ortasında bir-birinə atəş açarkən 2 nəfər yaralanaraq qaçıb. Həmin anlar mobil telefon kameraları ilə lentə alınıb.
Ətrafdakıların xəbəri ilə hadisə yerinə polis və sağlamlıq qrupu sövq edilib. Polis qruplarının hadisə yeri araşdırması zamanı E.Ç yanına gələn bir şəxsin ona çantada tapança verdiyini bildirib. Hadisədə istifadə edilən silah şübhəlinin evində aparılan axtarış zamanı ələ keçirilib.
Medianews.az