Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tribunasında Egey dənizində batırılaraq boğulan uşaqların fotosunu nümayiş etdirib.
Medianews.az xəbər verir ki, Ərdoğanın insanlığa qarşı cinayət törətdiyi barədə açıqlaması Afinanı narahat edib.
Məzlumlara qarşı vəhşiliyin səbəbkarı olan Yunanıstanın baş naziri Kiryakos Mitsotakis isə “Cümə günü BMT Baş Assambleyasında çıxışımda prezident Ərdoğana cavabımı verəcəyəm” deyib.
Prezident Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında çıxışı Afina rəhbərliyini dərindən sarsıdıb. Prezident Ərdoğan çıxışında Yunanıstana reaksiya göstərərək, “Biz körpələrin cəsədlərinin sahilə vurmasının qarşısını almaq üçün mübarizə apararkən, Yunanıstan qanunsuz və ehtiyatsız davranışları ilə Egey dənizini qaçqın məzarlığına çevirir”, – deyə bildirib.
Prezident Ərdoğan Egeydə qayıqları batan və boğulan uşaqların fotosunu göstərərək, Yunanıstanın Egey və Şərqi Aralıq dənizində mühacirlərə qarşı zülmünün artdığını bildirib.
Medianews.az