Erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törədir və törətməkdə davam edir.
Azərbaycan ordusu anti-terror əmaliyyatı keçirərək düşmənə ağır, sarsıdıcı zərbələr endirib. Bəs görədən bu dəfə də məğlub olan Ermənistan Resbupilkası hansı siyasi dərsləri aldı?
Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında Deputat Fazil Mustafa vurğulayıb ki, bir çox dövlətlər siyasi müstəvidə Ermənistan Respublikasını dəstəkləyir, buna baxmayaraq biz öz gücümüzü döyüş meydanında və siyasi müstəvidə göstərməkdə davam edirik:
“Ermənistan 150-200-il bundan əvvəl də, bu gün də daxil olmaqla gözəl şəkildə zəhərlənib. Hələ bir neçə savaş, ölümcül zərbələr almalıdır ki, ağıllansın. Ermənistan hər zaman məğlub olan tərəfdir. Lakin bundan heç bir zaman dərs almayıb, həm siyasi, həm də hərbi müstəvidə işğalçı, separatçı mövqedə olublar.
Ermənilər özləri də gördülər ki, birinci və ikinci Qisas Əməliyyatında Azərbaycan onlara çox ağır, öldürücü zərbələr vurdu.
Və yeni mövqelər ələ keçirdib. Ermənistan artıq bu həqiqətlə barışmalıdır ki, o məğlub hərbi qüvvəsi bitmiş bir ölkədir.
Eyni zamanda bilməlidir ki, bundan sonra hər hansı bir, təxribat törədilərsə Azərbaycan onlara elə bir zərbə vuracaq ki, Ermənistan bu zərbənin təsirindən çıxa bilməyəcək.
İstər qisas əməliyyatları, istərsə də Erməsistanın törətdiyi təxribatlar bir daha göstərdi ki, Azərbaycanın kifayət qədər imkanları var.
Bu da o deməkdir ki, istənilən şərtlər daxilində Azərbaycan qalib gələcək.
Bir çox dövlətlər siyasi müstəvidə Ermənistan Respublikasını dəstəkləyir, buna baxmayaraq biz öz gücümüzü döyüş meydanında və siyasi müstəvidə göstərməkdə davam edirik. Düşünürəm ki, sonuncu təxribatdan sonra Ermənistan da real sülhə gəlmək istəyən insanların sayı artacaq. Əks təqdirdə Ermənistanı acı sonluq gözləyir”.
Ayşən Azadova
Medianews.az