Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin qarşısında erməni təxribatçıları tərəfindən “aksiya” təşkil olunub. “Aksiya” zamanı Səfirliyin binasına qarşı vandal aktı törədilib. Erməni radikallar Azərbaycan Səfirliyinin binasına yaxınlaşaraq binaya zərər verməyə çalışıblar.
Medianews.az xəbər verir ki, mövzuya Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında münasinət bildirib:
“Parisdə beynəlxalq tədbirdə iştirak edərkən ermənilər bu şəhərdəki səfirliyimizə hucum edir, güc tətbiq edərək səfirlik binasına daxil olmağa çalışırlar. Demokratiya qonşu dövlətin torpağını 30 il işğal altında saxlayıb, şəhər və kəndləri xarabalığa çevirib. 700 mindən çox insanı öz dogma torpaqlarından didərgin salıb onun xarici səfirliklərinə barbarcasına hucum etməkdirmi? İrəvanda əsassız bəyanatlar verənlər bu haqda da düşünməlidirlər”.
Medianews.az