Rusiyanın Xalq artisti, “Şerlok Holms və doktor Vatsonun macəraları” filmlər silsiləsinin yaradıcısı İqor Maslennikov dünyasını dəyişib.
TASS-a istinadən xəbər veririk ki, rejissor 91 yaşında vəfat edib.
Qeyd edək ki, İqor Maslennikovun ən məşhur filmləri arasında “Yarışçılar”, “Yaroslavna, Fransa kraliçası”, “Qış albalısı” filmi yer alıb.(Bizim Media)