Türkiyədə ad gününü dostları ilə qeyd edən universitet tələbəsi Buse Faiz səhər saatlarında bağ evində ölü tapılıb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Tekirdağ şəhərində baş verib.
Məhkəmə tibbdə aparılan ilkin ekspertizada ölümün dəqiq səbəbini müəyyən edilə bilməyib. Şübhəli olaraq qeydə alınan ölümlə bağlı istintaq davam edir.
Dördüncü kurs tələbəsi olan Buse İlgin 10 sentyabr doğum günündə gündüz dostları ilə dənizə gedib. Axşam saatlarında evə dönən B.İlgin yoldaşları T.Ö., B.A. və F.A. ad gününü evdə spirtli içki qəbul edərək birlikdə qeyd edib.
Şənlik bitən gecə dostları getdikdən sonra Buse İlgin evdə tək qalıb. Səhər saat 11:00 radələrində qohumları ondan xəbər ala bilməyib. Evə gedən nənəsi H.V., Buseni yerdə uzanmış vəziyyətdə görüb və vəziyyəti təcili yardıma bildirib. Evə gələn sağlamlıq və polis qrupları saçında və üzündə qan olan Buse İlginin dünyasını dəyişdiyini müəyyən edib.
Prokurorun araşdırmasından sonra ölümü ‘şübhəli’ olaraq qeydə alınan Buse İlginin cansız bədəni yarılma üçün İstanbul Ədli Tibb Qurumuna göndərilib. Xəstəliyinə görə müntəzəm olaraq qan azlığı dərmanı istifadə etdiyi məlum olan Busenin ilkin yarılmasında ölümünün dəqiq səbəbinin müəyyən etmək olmayıb. Bildirilib ki, ətraflı müayinədən sonra Busenin ölümünün dəqiq səbəbi müəyyənləşəcək. Cansız bədəni ailəsinə təhvil verilən Buse İstanbulda dəfn edilib.
Medianews.az