Türkiyənin Kocaeli şəhərində istehsal edilən uçan avtomobillər ilk dəfə nümayiş olunub.
Medianews.az xəbər verir ki, havaya qalxan uçan avtomobil hər kəsdə maraq oyadıb.
Təqdim edilən vasitələrlə bağlı açıqlamalar verən Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank, “Bunların hamısı şirkətlərimiz tərəfindən hazırlanmış və inkişaf etdirilən məhsullardır. İnşallah, bu sahədə bir uğur hekayəsi yazmağa qərarlıyıq”, – deyə bildirib.
Qeyd edək ki, Türkiyə bu il Dünya AirTaxi Konqresinə ev sahibliyi edib. Sentyabrın 13 və 14-də keçirilən konqresdən sonra bu gün Kocaeli Bilişim Vadisində AirTaxi şaquli şousu təqdim olunub. Şirkətlər hazırladıqları sürətli dronları və uçan taksiləri təqdim etmək imkanı qazanıblar.