Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti işə başlayıb.
Medianews.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçılarını qarşılayıb.
Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Hazırda Sammitin geniş tərkibdə iclası keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.