Avstraliyada balıqçının tutduğu balıq sosial medianın gündəmini zəbt edib.
Medianews.az xəbər verir ki, Trapman Bermagui adlı balıqçının dənizin 650 metr dərinliyindən tutduğu balıq sosial media istifadəçilərinin marağına səbəb olub.
Sidneydə yaşayan balıqçının sosial şəbəkədəki paylaşımı qısa müddətdə minlərlə şərh və bəyənmə toplayıb. Sosial şəbəkə istifadəçiləri daha əvvəl belə balıq görmədiklərini bildirərək, “Dərin dənizdə başqa planet var” şərhini yazıblar.
Florida Dövlət Universitetinin Sahil və Dəniz Laboratoriyasının tədqiqat direktorunun köməkçisi Din Qrubbs açıqlamasında balığın elmi adının “Centroscymnus owstoni” olduğunu söyləyib: “Onu Meksika körfəzində və Baham adalarında görmək olar. Somniosidae ailəsinə aid olan bu növ daha kiçik bir quruluşa malikdir. Onlar adətən 600 metrdən çox dərinlikdə olan sularda yaşayırlar və qışda tutula bilirlər”.
Medianews.az