Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı vacib açıqlamalar verib.
Medianews.az xəbər verir ki, Ukrayna müharibəsi ilə bağlı fikirlər səsləndirən Putin münaqişəyə son qoymaq istədiklərini bildirib.
“Biz münaqişəyə son qoymaq istəyirik, Ukrayna bizim sülh səylərimizə qarşı mübarizə aparmaq istəyir”,-deyə Putin bildirib.
Putin eyni zamanda Ukraynadakı münaqişəni mümkün qədər tez bitirmək istədiyini və Hindistanın münaqişə ilə bağlı narahatlığını başa düşdüyünü bildirib.
Medianews.az