“Ermənistanla hər hansı saziş imzalamaq onların Azərbaycana qarşı təxribatlarının, təcavüzlərinin sonu olacaq demək deyil”
Bu sözləri Medianews.az-a açıqlamasında Ağ Partiyasının Sədri Tural Abbaslı deyib. Bildirib ki, biz öz ata-baba yurdumuzda anti-təxribatların əleyhinə əməliyyatlar keçiririk:
“Ermənistan tarix boyu dövlət olaraq atdığı imzaya, verdiyi sözə sadiq qalmayıb. Onlarla hər hansı saziş imzalamaq, hələ onların Azərbaycana qarşı təxribatlarının, təcavüzlərinin sonu olacaq demək deyil. Ermənistan Azerbaycanın tarixi torpaqlarında soy-kökü olmayan bir məxluq kimi yaradılıb. Və cənubi Qafqaz regionuna qara yara kimi yerləşdirilib. Soyu, kökü olmayan bir dövlətlə qonşuluq etmək çətindir. Ermənistanla təxribatsız, təcavüzsüz sülh içərisində yaşamaq istəyiriksə, biz onlardan indi olduğu kimi hər zaman da ordu və dövlət olaraq çox güclü olmalıyıq.
Elə ilk cəhdlərində də onların hücumlarının qarşısı ən qətiyyətli şəkildə almalı, başlarını əzilməliyik. Əks təqdirdə onlar özlərində güc tapdığı anda yenə Azərbaycana hücum edəcəklər. Ermənistanın hərbi gücünün heç bir zaman Azərbaycanın hərbi gücündən üstün olmasına imkan verməməliyik. Ermənistanla Azərbaycan arasında konflikt getmir, iki ordunun təmas xətlərində konflikt gedir. Çünki Ermənistan bəyan edib ki, biz Azərbaycanın ərazi bütövlüyünü hələ tanımamışıq.
Ermənistan Respublikasının Baş Naziri Nikoil Paşinyan deyir ki,”Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazıram.” Əgər Nikoil Paşinyan bizim ərazi bütövlüyümüzü tanımırsa bizdə onun ərazi bütövlüyü tanımırıq. Bu da o deməkdir ki, heç bir sərhəddən, ərazidən, xəritədən söhbət belə gedə bilməz. Belə olan təqdirdə biz öz ata-baba yurdumuzda anti-təxribatların əleyhinə əməliyyatlar keçiririk. Təbii ki, uğur əldə edirik, eyni zamanda şəhidlərimiz, qazilərimiz olur. Bu da bizim əvəz olunmayan acımız, müharibənin ən pis, dəhşətli tərəfidir. Təəssüf ki, dövləti müstəqil saxlamağın, bayrağı zirvələrdə dalğalandırmağın başqa yolu yoxdur.”
Ayşən Azadova