ABŞ dövlət katibi Antoni Blinken ABŞ ordusunun inventarından Ukraynaya 600 milyon dollarlıq hərbi yardım edəcəklərini açıqlayıb.
Medianews.az xəbər verir ki, Pentaqonun açıqladığı yeni yardım paketi ilə Bayden dövründə ABŞ-ın hərbi inventarından Ukraynaya edilən yardım 15,8 milyard dollar təşkil edib.
ABŞ Dövlət Katibi Blinken verdiyi yazılı açıqlamada, “Prezidentin (Co Bayden) gödtərişi ilə 2021-ci ilin sentyabrından bəri ABŞ silah və avadanlıqlarından Ukraynaya iyirmi birinci dəstək paketinə icazə verirəm. Bu 600 milyon dollarlıq paketə əlavə silahlar daxildir”,-deyə qetd olunur.
ABŞ Müdafiə Nazirliyi 600 milyon dollarlıq yeni yardım paketinin təfərrüatlarını paylaşb:
Pentaqondan verilən yazılı açıqlamada bu ifadələr yer alıb: “Bu paketdəki imkanlar bunlardır: Yüksək Performanslı Artilleriya Raket Sistemləri (HIMARS) üçün əlavə sursat, 236 min 105 mm artilleriya mərmisi, 1000 dəqiqliklə idarə olunan 155 mm artilleriya mərmisi, artilleriya atəşinə qarşı 4 radar, ağır texnikanın daşınması üçün dörd yük maşını və səkkiz qoşqu, minalardan təmizləmə avadanlığı, dağıdıcı hərbi sursat və avadanlıqlar, kiçik silahlar və sursatlar, gecə görmə cihazları, soyuq hava avadanlığı və.s.”.
Medianews.az