Ukraynaya qarşı başlatdığı müharibə səbəbindən ağır Avropa sanksiyaları ilə üzləşən Rusiya son gedişini etdi və təbii qazı kəsdi.
Medianews.az xəbər verir ki, Moskva administrasiyasının bu addımı qış öncəsi Avropada böyük panikaya səbəb olarkən, Belarus lideri Lukaşenko odun kəsdiyi video ilə bu vəziyyəti ələ salıb.
Lukaşenko videoda “Avropanın hazırda şam və ağcaqayın arasında seçim etmək lüksü yoxdur. Yetərki isinsinlər”, deyə bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin Rusiyanın Uzaq Şərq bölgəsi Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun Baş Assambleyasının iclasında çıxış edərək növbəti dəfə Qərbə meydan oxuyub. Putin açıqlamalarında “Qaz, neft, kömür, yanacaq verməyəcəyik. Heç nə verməyəcəyik. Qərb donacaq”, – deyə bildirmişdi.
Medianews.az