SOS uşaq kəndində valideyn himayəsindən məhrum böyüyən şəhidimiz Səbuhi Əhmədov Bakıda, ikinci fəxri xiyabanda dəfn edilib.
Medianews.az xəbər verir ki, kimsəsiz şəhidin dəfnində böyük izdiham müşahidə edilib.
Bakının müxtəlif istiqamətlərindən gələn vətəndaşlar şəhidi son məzilə yola salarkən onu tək qoymayıblar.
Qeyd edək ki, şəhidin nəşi yaşadığı evin qarşısına gətirilərkən ona qonşuları ağlayıb.