Sosial media hesabında türk millətinin ünvanına təhqiramiz ifadələr işlədən məşhur aktyora 2 ilə qədər həbs cəzası istənilib.
Medianews.az xəbər verir ki, məhkəmə qarşısına çıxarılan aktyor İlyas Salmanla bağlı rəy açıqlanıb.
25 yanvar 2021-ci il tarixində sosial mediada paylaşılan videoda aktyor İlyas Salmanın türk millətini açıq şəkildə təhqir etdiyi üçün “Türk millətini alçaltmaq” ittihamı ilə 2 ilə qədər həbs cəzası istənilinib və mühakimə olunmağa davam edilib.
Keçirilən məhkəmə prosesində İlyas Salmanın vəkili iştirak edib. Prokuror mahiyyəti ilə bağlı fikirlərini açıqlayaraq, müttəhimin videoda türk millətini “axmaq adamlar” adlandırdığına görə İlyas Salmanın “Türk Millətini aşağılamaq” cinayətinə görə 6 aydan 2 ilə qədər həbs olunmasını istəyib. Məhkəmə müttəhimə rəyini müdafiə etmək üçün vaxt verərək iclası təxirə salıb.
Medianews.az