NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina Ermənistan-Azərbaycan sərhədində dərhal atəşkəs əldə etməyə çağırıb.
Bu barədə Havyer Kolomina “Tvitter”də yazıb.
“Mən Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlikdən son dərəcə narahatam. NATO hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi təcili azaltmağa çağırır”, – Havyer Kolomina bildirib.