Ukrayna hərbçiləri Moskvanın Ukraynaya qarşı müharibə üçün Tehrandan aldığı İran Şahed PUA-nı vurub.
Xarkov vilayətinin Kupyanski rayonunda Rusiyaya məxsus pilotsuz uçan aparat vurulub.
İyulda ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan demişdi ki, İran Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə oluna biləcək yüzlərlə dron satmaq niyyətindədir.
Məlumata görə, Rusiya ordusu “Şahed” pilotsuz uçan aparatlarının iki modelini alıb.
Bildirilir ki, söhbət “Shahed-129” və “Shahed-191”, həmçinin “Mohajer-6”-dan gedir.
Onların hamısı həm müşahidə, həm də zərbələr üçün nəzərdə tutulmuş ən yaxşı İran hərbi PUA-ları sayılır.
Eyni zamanda, media onların effektivliyinə şübhə ilə yanaşırdı, çünki İran 30 ildir ki, sanksiyalar altındadır və texnoloji cəhətdən geridə qalmış ölkədir.
Tehran PUA-larını aldığı nümunələrdən Qərb texnologiyasını kopyalayaraq dizayn edib. (Publika.az)