Birləşmiş Ştatlar ölkədə meymunçiçəyi xəstəliyindən ilk ölüm faktını təsdiqləyib.
Los-Anceles əyalətinin səhiyyə departamenti bununla bağlı rəsmi açıqlama yayıb.
“Los-Anceles Səhiyyə Departamenti ilə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzləri meymunçiçəyi xəstəliyindən ilk ölüm faktını təsdiqləyib”, – departamentin mətbuat xidməti məlumat yayıb.
Həkimlərin sözlərinə, xəstənin ölüm səbəbi immunitet zəifliyi olub. Meymunçiçəyi diaqnozu qoyulduqdan sonra xəstə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bu, ABŞ-da meymunçiçəyi xəstəliyindən ilk insan ölümüdür. Texasda virusa yoluxmuş bir şəxs də ölmüşdü, amma onun ölüm səbəbi kimi digər ağır xəstəlikləri göstərilmişdi. (Publika.az)