Özbəkistanda keçirilən kəmər güləşində 36 ölkə arasında Azərbaycanın MMA döyüşçüsü Gözəl Zutova qalib olub.
Yarışda 3-cü yeri qazanan Gözəl Zutova Medianews.az-a təəssüratlarını bölüşdü. Bildirdi ki, bu yarışa çox qısa zaman ərzində hazırlaşıb: “V İslam Həmrəyliyi Oyunlarına 3 ay qalmış xəsarət aldım. Belə ki, diz qapaqlığım sındığı üçün əməliyyat olundum. Bu dəfə isə dizimə qoruyucu taxıb güləşərək, finala qədər yüksəldim. Finalda hakimin haqsızlığı ilə üzləşdim.
Final çıxışında çiynimdən zədə aldım. Tək əllə güləşərək 36 ölkə arasında 3 -cü yerə layiq görüldüm. Ən əsası güləşdim və qazandım”.
Medianews.az