Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana xəbərdarlıq edib:
“Yunan hələ də münaqişə yaratmaqdadır. Başqalarının adından bir münaqişəyə atılsanız, bunun nəticəsi sizə ağır olacaq. Bu, Yunanıstana bir xəbərdarlıqdır”.
Nazir Yunanıstanın Türkiyəyə qarşı son münasibəti məsələsinə də toxunub: “Biz Egeyin hər iki tərəfində qonşuluq hüquqlarına hörmət etməliyik desək də, Yunanıstan hələ də münaqişəyə davam edir. Əgər başqaları adına macəraya atılsanız, siz də gedəcəksiniz. Əks halda keçmişdə olduğu kimi bu gün də bunun cəzasını çəkəcəksiniz. Bu, Yunanıstana bir xəbərdarlıqdır.”
Bu sözləri nazir Çavuşoğlu paytaxtın Haymana rayonunda keçirilən “Milli Mübarizədə Son Qala Haymana” tədbiri çərçivəsində Sakarya Döyüşü və Haymana Simpoziumunun açılışında deyib. Haymanada Sakarya Meydan Döyüşü davam edərkən Ankaradan top səslərinin eşidildiyini bildirən Çavuşoğlu: “Buna görə də milli mübarizənin son qalası bu torpaqdır. Qədim türk yurdu olan Anadolunu yunan vəhşiliyindən xilas etdiyimiz yer budur. İndi qonşuluq hüquqlarına hörmətlə yanaşmağa çalışırıq. Egeyin hər iki tərəfində Rum hələ də münaqişə yaradır.
Çavuşoğlu bildirib ki, türk milləti illərdir davam edən savaşda yorulsa da, türk ordusu öz milləti və inancı ilə bu böyük sınaqdan uğurla çıxıb. Xüsusilə Yunanıstana deyirik: “Başqalarının piyadası olmayın. Təhrik etməyə davam etməyin, çünki Türkiyənin dostluğu qədimdir, düşmənçiliyi də ağırdır. Bunu da nəzərə alın”.
Ayşən Azadova
Medianews.az