Türkiyədə təşkil olunan konsertdə qadınlar arasında dava olub.
Medianews.az xəbər verir ki, hadisə Tekirdağın Kapaklı bələdiyyəsinin təşkil etdiyi konsertdə baş verib.
Qadınlar arasında çıxan dava sosial medianın gündəminə çevrilib. Sözügedən hadisəyə müdaxilə edən şəxslər qadınları dayandıra bilməyib. Çətinliklə bitən davada tərəflər bir-birindən şikayət etməyiblər.
Tekirdağ bələdiyyəsinin təşkil etdiyi xalq konsertində ortalıq qarışıb. Kapaklıda keçirilən konsertdə hər şey bir anda baş verib və təxminən 10 nəfərlik qrup dava salıb.
Hadisənin tərəflər arasında mübahisə zəminində başladığı öyrənilərkən, konserti izləməyə gələnlər baş verənlərə təəccüblərini gizlədə bilməyiblər.
Medianews.az