Bu gün beynəlxalq səyyahların Azərbaycanın işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri başlayıb.
Səyyahlar ilk öncə Füzulinin Alxanlı kəndində yerləşən qədim məsciddə olublar.
Onlara işğal dövründə dağıdılmış və içində heyvan saxlanılmış bu məscid haqqında ətraflı məlumat verilib.
Səfər proqramına Füzuli Beynəlxalq Hava Limanı və Xocavənd rayonunda yerləşən Azıx mağarasına baş çəkilməsi də daxildir.