Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Xırdalan şəhərində qeydə alınıb. 1989-cu il təvəllüdlü Əzizov Sahil Rafael oğlu tanışı ilə mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədənində 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. S.Əzizov əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır. (Report)