Ötən gün “Apple” şirkəti öz yeni məhsullarını istifadəçilərə təqdim edib. Belə ki, yeni “Apple Watch” ağıllı saatları,” Airpods Pro” qulaqlıqları, “iPhone 14” telefonları təqdim edilib. Bu dəfə şirkət bir-birindən fərqli 4 telefon modelini istifadəçilərin ixtiyarına verib. Artıq yeni modellərin ABŞ bazarı üçün qiymətləri də bəllidir.
Belə ki, “Qafqazinfo.az”-a istinadla qeyd edirik ki, “Apple” “iPhone 14”ün qiymətinin 799, “iPhone 14 Plus”ın 899, “iPhone 14 Pro”nun 999, “iPhone 14 Pro Max”ın isə 1099 dollar olduğunu açıqlayıb.
Bəs bu modellərdə təqdim olunan yeniliklər hansılardır?
“iPhone 14” və “iPhone 14 Plus”da:
– Qəzaya düşməni təyin etmə;
– Yenilənmiş kamera;
– 6.1 və 6.7 inch ekran;
– Peykə qoşulma, şəbəkə olmayan yerdə və mesajlaşma xüsusi orqanlarla;