Avropa Birliyinin (AB) Kopernik peyk izləmə sistemi bu yay Avropada rekord temperaturun qeydə alındığını açıqlayıb.
Medianews.az xəbər verir ki, Kopernikdən verilən açıqlamaya görə, temperatur həm avqust, həm də bütövlükdə yay aylarında rekord həddə çatıb.
Alim Freja Vamborg bu barədə bəyanat yayıb.
Bəyanatda alimin aşağıdakı ifadələri yer alıb:
“Avropada bir sıra intensiv isti dalğaları qeyri-adi quraq şəraitlə birləşərək, Avropanın bir çox yerlərində temperatur, quraqlıq və yanğın aktivliyinə görə rekord həddə çatıb. Cəmiyyətə və təbiətə müxtəlif yollarla təsir edən bu hal isə vəziyyəti ekstremal həddə gətirib çıxardı”.
Vamborg, həmçinin istiləşmənin təkcə Avropa üçün deyil, qlobal səviyyədə də qeydə alındığını və orta temperaturun 2020-ci illərin orta aylıq göstəricisindən 0,3 dərəcə yüksək olduğunu vurğuladı.
Medianews.az