“ABŞ Ukrayna sərhədlərinin güc yolu dəyişidirilməsini heç vaxt tanımayacaq”.
Bunu BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın dünya təşkilatındakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
Amerikalı nümayəndə bildirib ki, rəsmi Moskva Ukraynanın işğal etdiyi torpaqları Rusiya Federasiyası ərazisinə qatmaq üçün referendum keçirməyə hazırlaşır.
“Bu referendumlar Rusiyanın Xerson, Zaporojye və Ukraynanın digər bölgələrini ilhaq etmək imkanı əldə etməsi üçün legitimlik və ictimai dəstək görüntüsü vermək üçün nəzərdə tutulub. Təbii ki, biz Rusiyanın Ukraynanın sərhədlərini güc yolu ilə dəyişdirmək cəhdlərini heç vaxt tanımayacağıq”.