UEFA-nın rəsmi “Facebook” səhifəsi “Qarabağ”la bağlı paylaşım edib.
Paylaşımda “köhlən atların” loqosu ilə izləyicilərə “İlk ağlınıza gələn futbolçu?” sualı verilib.
İzləyicilər isə Kady, Ramil Şeydayev, Rəşad Sadıqov, Qara Qarayev, Maksim Medvedev kimi oyunçuların adını yazıblar.
Digər bir maraqlı məqam isə “Qarabağ”ın sabiq polşalı futbolçusu Jakub Jezniçakla bağlıdır. Belə ki, o, şərhdə özünü işarə edib.
Qeyd edək ki, Jezniçak 2017-ci ildən 2019-cu ilədək “köhlən atlar”ın şərəfini qoruyub.