Azərbaycanda siyasi partiyalar üçün fəaliyyət istiqamətləri müəyyənləşib.
Medianews.az xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Siyasi partiya aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
– ölkənin siyasi həyatında iştirak edir;
– vətəndaşların siyasi iradəsinin, həmçinin ictimai rəyin formalaşmasına təsir göstərir;
– vətəndaşlar arasında siyasi maarifləndirmə işi aparır;
– ümummilli dəyərləri və vətənpərvərliyi təbliğ edir;
– üzvlərinin siyasi fəallığına dəstək verir;
– üzvlərinin siyasi iradəsini ifadə edir;
– seçkilərin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirak edir;
– müxtəlif məsələlər ilə bağlı rəy və təkliflərini təqdim etməklə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir göstərir.