Yaranan sıxlıqla əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Abşeron Rayon Mərkəzi Xəstəxanasında olub, xidmətin təşkili ilə yerində maraqlanıb, irad və tövsiyələrini bildirib. Eyni zamanda, Vüqar Qurbanov Abşeron Rayon Mərkəzi Xəstəxanasının və TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tibbi xidmətin təşkili və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.
Valideynlərdən müraciətin çox olmasını və arayışların verilməsi üçün uşaqların zəruri tibbi müayinələrdən keçmələrinin müəyyən zaman tələb etdiyini nəzərə alaraq məsələyə həssas yanaşmalarını və səbirli olmalarını xahiş edirik.