“Həqiqətən də Qarabağa tez-tez səyahət etmək, Qarabağda olmaq, Qarabağın yanında dayanmaq lazımdır”.
Medianew.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Aram Vardevanyan öz Facebook səhifəsində yazıb.
“Sentyabrın 2-də Qarabağ xalqı bir daha dünyaya göstərdi ki, beynəlxalq təcrübə baxımından o, xalqların öz müqəddəratını təyin etmək hüququndan istifadə etmiş subyektdir. Qarabağ xalqı qətiyyətlidir və daimi fəlakətə baxmayaraq sınmır. “Arsax” müstəqilliyimizin elan edilməsinin təməl daşlarından biridir.
Qarabağın indiki hakimiyyət tərəfindən faktiki olaraq rədd edilməsi, yumşaq desək, Ermənistanın müstəqillik elanını alçaltmağa bərabərdir. Ona görə də belə bir vəziyyəti və ya şərti nəzərdə tutan hər hansı razılaşma konstitusiyaya və Ermənistanın maraqlarına uyğun ola bilməz.
Bütün obyektiv beynəlxalq hüquqi əsaslara, azərbaycanlıların “soyqırım” siyasətinin faktlarına malik olan mövcud hakimiyyət xalqların öz müqəddəratını təyinetmə hüququnu qorumaq üçün heç bir tədbir görmür.
İstənilən vəziyyətdə sülh tarixin, beynəlxalq hüquqi təminatların rədd edilməsi demək deyil. Həqiqətən də Qarabağa daha tez-tez səyahət etmək, Qarabağda olmaq, Qarabağın yanında dayanmaq lazımdır”, – deyə Vardevanyan çərənləyib.
Mənbə (konkret.az)