Trabzonspor”un hücumçusu Benqali-Fode Koyta “Qarabağ”a keçə bilər.
Medianews.az xəbər verir ki, bu iddia “61saat”a məxsusdur.
“Hatayspor” və “Giresunspor”un da istədiyi 32 yaşlı forvardın sözügedən klubların təklifini geri çevirdiyi vurğulanıb. Qvineyalı futbolçunun agentinin Trabzona yollandığı və hazırda müştərisi üçün ən uyğun variantı həyata keçirməyə çalışdığı bildirilib.
Qeyd edək ki, Koyta 2021-ci ildən “Trabzonspor”da çıxış edir. Onun Qara dəniz təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilə qədər olsa da, son Türkiyə çempionu afrikalı oyunçu ilə vidalaşmaqda qərarlıdır.
Xatırladaq ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 3-4 futbolçu ilə danışıqlar apardıqlarını, ancaq müxtəlif səbəblərdən yeni hücumçu transferinin alınmadığını açıqlayıb.