Əfqanıstanın paytaxtı Kabildə partlayış olub.
Medianews.az report.az-a istinadən xəbər verir ki bu barədə yerli “Aamaj” agentliyi məlumat yayıb.
Partlayış Rusiyanın Kabildəki səfirliyi yaxınlığında baş verib. Partlayış nəticəsində 15-20 nəfərin öldüyü və ya yaralandığı güman edilir. Bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, yaralananlardan ikisi rusiyalı diplomatlardır.
Rəsmi qurumlar hələlik məlumatı təsdiqləməyib.