“İran Rusiyadan “Su-35” model qırıcıları almağı planlaşdırır”.
Medianews.az İranın “Hamshahri” qəzetinə istinadən xəbər verir ki, bunu İran Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Həmid Vahidi bildirib.
“Rusiya istehsalı olan “Su-35” qırıcılarının alınması Hərbi Hava Qüvvələrinin gündəmindədir… və ümid edirik ki, gələcəkdə bu 4++ nəsil qırıcıları ala biləcəyik”, – briqada generalı vurğulayıb.
O qeyd edib k, İran Hərbi Hava Qüvvələri Rusiyanın “Su-30” modelinin alınmasını planlaşdırmır.