PKK terrorçusu ilə fotoları üzə çıxdıqdan sonra toxunulmazlığı götürülən və “silahlı terror təşkilatına üzv olmaq” iddiası ilə axtarışda olan HDP-li millət vəkili Semra Güzel saxta şəxsiyyətlə xaricə qaçmaq istəyərkən yaxalanıb.
Medianews.az xəbər verir ki, mühakimə olunduqdan sonra növbətçi hakimliyə sövq edilən Semra Güzel həbs edilib.
2017-ci ildə Adıyamanda öldürülən PKK üzvü Volkan Boranın cib telefonuna baxış zamanı HDP Diyarbakır millət vəkili Semra Güzellə çəkilmiş fotolar aşkarlanıb. Fotolar mətbuata əks olunduqdan sonra hazırlanan hesabata görə Semra Güzelin diplomatik toxunulmazlığı götürülüb və həbs qərarı çıxarılıb.
Medianews.az