Türkiyədə masaj salonu şikayət üzrə möhürlənmiş Metin Özkeren adlı şəxs qonşusu tərəfindən öldürülüb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Mardin şəhərində baş verib.
Prosedurun ləğvi üçün müraciətdən əvvəl tələb olunan salonun fotoşəkillərini çəkmək istəyən Metin Özkeren qonşusunun oğlu Serhıldan Amak tərəfindən tapanca ilə vurularaq öldürülüb.
Hadisənin təhlükəsizlik kamerası görüntüləri üzə çıxıb.
İyulun 12-də baş verən hadisədə Metin Özkeren təcili yardımla xəstəxanaya aparılıb, Serhıldan Amak isə nəzarətə alınıb. 2 gün reanimasiya şöbəsində müalicə alan Özkeren iyulun 14-də dünyasını dəyişib. Polis bölməsindəki prosedurlardan sonra ədliyyəyə sövq edilən Serhıldan Amak məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib.
Medianews.az