İstanbulDA kişi küçənin ortasında mübahisə etdiyi qadına yumruqla hücum edib.
Medianews.az xəbər verir ki, hücum edəni ətrafdakı vətəndaşlar görüb.
Hadisə dünən saat 22:00 radələrində Kanarya məhəlləsində baş verib. Küçənin ortasında onunla üzbəüz oturan qadınla söhbət edən şəxs qəfildən qadına yaxınlaşaraq ona yumruq zərbəsi endirib. Qadını divara söykəyib mübahisəni davam etdirən şəxs bir müddət sonra yenidən yumruqla qadına zərbələr endirib.
Sözügedən hadisə mobil telefonla lentə alınıb.
Medianews.az