ABŞ-da məşhur olan xəbər aparıcısı Neena Paçolke evdə başqa qadının alt paltarını tapdıqdan sonra intihar edib.
Medianews.az xəbər verir ki, Paçolkenin nişanlı olduğu və oktyabrın 12-də toyuna hazırlaşdığı öyrənilib.
ABŞ-da ictimai rezonans doğuran bu hadisə aparıcını sevənləri kədərləndirib. İddialara görə, məşhur xəbər aparıcısı Neena Paçolke avqustun 27-də nişanlısı ilə birlikdə yaşadığı evdə başqa qadının alt paltarını tapdıqdan sonra intihar edib.
27 yaşında həyatına son qoyan Neena Paçolke ilə bağlı daha bir diqqətçəkən detal isə toy tarixi ilə bağlı olub. Cütlüyün evlənməyə hazırlaşdığı və oktyabrın 12-də toy edəcəkləri öyrənilib. Cütlüyün evi birlikdə aldığı və 2 ildir bu evdə yaşadığı da bildirilib.
Neenanın ölümündən sonra bir çox iddialar ortaya atılıb və Viskonsin polisindən mövzu ilə bağlı açıqlama gəldi. Polis qrupları da gənc qadının intihar nəticəsində öldüyünü təsdiqləyib.
Medianews.az