EUROPEAN CULTURE CENTER tədris mərkəzi fəaliyyətə başladı
Ötən gün İnşaatçılar-Elmlər Akademiyası metrosu yaxınlığında, Mirəli Seyidov 149-da yerləşən EUROPEAN CULTURE CENTER tədris mərkəzi fəaliyyətə başladı. Mərkəzdə maraqlı, rəngarəng tədris proqramları müştərilərə təqdim edildi.
Belə ki, bu tədris mərkəzində uşaqlarınız ingilis, alman, italyan, rus, fransız dilini sərbəst şəkildə öyrənə bilər.
Təcrübəli mütəxəsisslərin də cəlb edildiyi EUROPEAN CULTURE CENTER tədris mərkəzində uşaqlar üçün dərslərin keçirilməsi üçün Kids group fəaliyyət göstərir.
Mərkəzdə ingilis, italyan, alman dillərində peşəkar müəllimlər tərəfindən öyrədilir. Burada məktəb və liseylərə, YÖS, İELTS, SAT, Abituriyent imtahanlarına, Qabiliyyət, ART Dizayn proqramlarına hazırlıq tədris olunur.
Tədris mərkəzinin rəhbəri qeyd edir ki, arzumuz, sizi dil öyrənmək məqsədinizə çatdırmaqdır: “Tədris mərkəzimizdə dil öyrənən, imtahanlara hazırlaşan tələbələr gələcəkdə xaricdə təhsil almaq üçün daha geniş imkan qazanmış olur. Onlar burada əldə etdikləri nailiyyətlərlə daha rahat və asan şəkildə xaricdə təhsil imkanı əldə edəcəklər.
Məqsədinizə nail olmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Beynəlxalq Təhsil Mərkəzi məqsədyönlü və yüksək səviyyəli təhsil almaq üçün geniş imkanlar yaradır. Biz hər bir kəsi bilik toplamağa, inkişaf etməyə və cəmiyyətə fayda verməyə ruhlandırıb istiqamətləndiririk. İnsanları şəxsən dəyərləndirib onlara düzgünlük və ləyaqətlə xidmət nümunəsi göstərməyi özümüzə borc bilirik.
İllərdir ingilis dilini öyrənməyi dərs kimi görən təhsil sisteminə alternativ olaraq ingilis dilini həyatda əyləncəli bir dil kimi göstərməyi və uşaqları bu prosesə cəlb etməyi hədəflədik. Bu proses bizə göstərdi ki, əylənən və yeni dillə tanış olan bütün uşaqlar ingilis və digər dilləri tez və effektiv şəkildə öyrənirlər.
6 yaş və daha yuxarı yaşda uşaqlar üçün yeni qruplara qeydiyyat başlayıb”.
Ünvan: İnşaatçılar- Elmlər Akademiyası metrosu yaxınlığında, Mirəli Seyidov 149.
Əlaqə nömrələri (+994) 55 311 09 33
(+994) 55 411 09 33