Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan və Ukrayna müharibəsində rusların tərəfində olan Çeçenistan lideri Ramazan Kadırov son açıqlamaları ilə gündəm olub.
Medianews.az xəbər verir ki, Ramzan Kadırovun Putinlə fikir ayrılığından olduğu iddia edilib.
“Uzun müddətdir eyni yerdə olduğumu başa düşdüm. Düşünürəm ki, ayrılma vaxtıdır”,- deyə Ramzan Kadırov açıqlama verib.
Kadırovun işdən çıxarılmadan getmək istədiyini dediyi anda gülməsi də diqqətdən yayınmayıb.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində açıq şəkildə Rusiyanın tərəfində olan Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə də tanınan Çeçenistan lideri Ramazan Kadırov hakimiyyətdən gedəcəyini açıqlayıb. Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə münasibətlərinin pis olduğu iddia edilən Çeçenistan lideri Ramazan Kadırov öz Telegram hesabında istefa verəcəyini açıqlayıb.
Kadırovun gələcək vəzifəsi və ya tam olaraq istefa verib-verməyəcəyi ilə bağlı dəqiq açıqlama verilməyib.
Onu da bildirək ki, Kadırov daha əvvəl 27 dekabr 2021-ci ildə Ukraynanı işğal edəcəyi ilə hədələmiş və 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə Rusiyaya dəstək vermişdi.
Medianews.az